16 yaşlı “TikTok“ ulduzu intihar etdi

Baxış sayı:
2419

Hindistanın 16 yaşlı məşhur "TikTok" ulduzu Siya Kakkar intihar edib.

Xarici KİV-lər xəbər verir ki, hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib.

"Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi", -deyə o, bildirib.

Siyanın "TikTok"da 1,5 milyon izləyicisi var idi. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır./Axsam.az