16 yaşlı oğlan dənizdə boğuldu
17-07-2018 15:59
Baxış sayı:
3535

Sumqayıt şəhərində 16 yaşlı oğlan dənizdə boğulub.
Muxalifet.az report-a istinadən bildirir ki, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü İlkin İmran oğlu Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.