15 İYUL HƏQİQƏTLƏRİ – IV YAZI

Baxış sayı:
742

Babacana verilən çətin sual...

Qeyd edim ki, 15 iyul (temmuz) hadisələri Türkiyə cəmiyyətinin həyatında və tarixində sağalmaz yaralar buraxdı. Təqribi hesablamalara görə 15 iyul (Temmuz) 2016-cı il tarixində Türkiyədə baş verən sözdə “darbe” hadisələri və hadisələrdən sonra 2 milyon günahsız insana “terrorçu” damğası vurularaq işindən, aşından, vətənindən və hətta yüzlərlə insan həyatından məhrum edildi.

Bu baxımdan haqlı olaraq AKP iqtidarı Türkiyə cəmiyyətinin əhəmiyyətli bir kəsimi tərəfindən Türkiyə tarixinin ən böyük saxtakar, hiyləbaz və təhlükəli bir hakimiyyəti kimi xarakterizə olunur.

Xatırlayıram, sadəcə “Gülən camaatı”na yaxın “Eğitim” dərnəylərindən birinə üzv olan çox ləyaqətli bir insan olan Münir Korkmaz 29 oktyabr 2019-cu il tarixində tutduğu vəzifədən qanunsuz olaraq atılaraq haqqında hüquqi araşdırma başladıldı.

Münir Korkmazın üzləşdiyi qanunsuzluq onun həmin dönəmdə AKP yetkilisi olan Əli Babacana verdiyi kəskin sualla bağlı idi. Bir televizya proqramında izləyicilər arasında olan Münir Korkmaz  proqramda iştirak edən Ali Babacana, mənə bir baxın səslənərkən Babacan salona dönərkən demişdi: “Mənə bir baxın xahiş edirəm, mən heç terrorçuya bənzəyirəmmi, terrorçu dediyiniz əli silahlı, vətəninə, xalqına zərər verən kimsələr olar, mən ömrüm boyunca silah görmədim, həyatımın hər dönəmində əli qələmli türk övladlarına elm və təhsil öyrədən oldum. 2016-cı ilə qədər “Gülən camaatı”na yaxın olan, onu sevən dövlət rəsmiləri də “Zaman” qəzeti oxuyurdular, “Gülən camaatı”na məxsus olan dərnəklərin, məktəblərin, elm və təhsil ocaqlarının açılış törənlərində iştirak etməkdən məmnun idilər, sizlərin də övladları “Gülən camaatı”na aid olan dərnəklərdə oldu, elm və təhsil ocaqlarında təhsil aldılar, çalışdılar, “Asiya Bankı”na sizlər və sizlərin övladları da yatırım qoydu, əməkdaşlıq etdi. İndi Ali Babacan bəy, mənə deyin görüm sizlər də o zaman bizlərlə bərabər idiniz, nəyə görə sizlər millət vəkili, nazir, dövlət orqanlarında böyük vəzifələrə, imkanlara sahib olduğunuz halda bizlər bu gün “terrorçu” olduq.?! Əyər doğrudan da “Gülən camaatı”na yaxın olmaq, onların dərnəklərinin üzvü olmaq, elm və təhsil ocaqlarında oxumaq və işləmək böyük qəbahət və cinayət idisə təmsil etdiyiniz dövlət tərəfindən niyə görə onların fəaliyyətinə yaşıl işıq yandırılırdı, rəsmi icazələr verilirdi.”

Təbii ki, bu zamana qədər AKP dövlət rəsmilərinin heç biri bu suala açıq və aydın cavab vermədiyi və ya cavab verməkdə çətinlik çəkdiyi kimi Ali Babacan da bu çətin sual qarşısında aciz qalaraq inandırıcı və məntiqli cavab verə bilmədi.

Amma Türkiyə cəmiyyəti bilir ki, bir zamanlar “Gülən camaatı” ilə qol-qola, yan-yana olan bu şəxslər sadəcə öz şəxsi mənfəətlərini güdüblər.

Günay KALELİ