13 yaşlı Fatimə Kanada avia-şirkətini məhkəməyə verdi- Hicaba görə... -FOTOLAR

Baxış sayı:
11971

ABŞ-da bir müsəlman məktəbli uçuşa çıxarkən dini ayrı-seçkiliyə məruz qaldığına görə böyük bir hava yolları şirkətini məhkəməyə verib.
Muxalifet.
az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu haqda “ABC7Chicago” nəşri məlumat yayıb.

Bu yaxınlarda 13 yaşına çatmış Fatimə Əbdülrəhman avqust ayında “Air Canada” avia-şirkəti əməkdaşlarının günahı ucbatından xoşagəlməz olayla  üzləşib.  
Amerikalı milli skvoş ((ing. squash)- topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü-S.L.) komandasının üzvü olan məktəbli qız yarış üçün Torontoya uçmalı olub. Lakin uçuşa başlamazdan dərhal öncə təhlükəsizlik işçiləri ona yaxınlaşıb və hicabını çıxartmasını tələb edib. Yanında valideynləri olmayan Fatimə böyüklər tərəfindən digər sərnişinlərin qarşısında hicabını açmağa məcbur edilib.
"Hicab üzümü örtmür. Pasport fotosunda hicablı olmasam da, yenə də üzü müqayisə edib eyni adam olduğuma əmin olmaq mümkündür" - deyə qız şikayət edir.

Hava yolları şirkəti tərəfindən baş verən hadisəyə qeyri-müəyyən reaksiya göstərildikdən sonra Fatimənin ailəsi məhkəməyə  müraciət etməyə qərar verib. Amerika İslam Münasibətləri Şurası (“CAIR”) Fatiməni artıq vəzifələrini icra edən vəkillə təmin edib.
"Müsəlmanlar, xüsusən belə məsələlərdə, sistematik olaraq diskriminasiyaya məruz qalır və bu, bizi narahat edir"- deyə vəkil Ammad Rafiki bildirib.