10 saylı Binəqədi üçüncü dairədə səsverməyə DSK sədrinin qohumları nəzarət edib - ŞOK FAKTLAR

Baxış sayı:
2192

10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri İsgəndər Əliyevin bu illər ərzində, 30 illik deputat Madər Musayevlə birgə "özəlləşdirdiyi" DSK-dakı yaxın qohumlarının siyahısı:
 
11-ci MnSK-da Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
 
12-ci MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
 
17-ci MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;
 
18-ci MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;
 
24-cü MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
 
25-ci MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
 
36-cı MnSK-da (“N” saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.