Zülfüqar Hüseynzadə Bərdədə dəfn edildi – FOTOLAR / YENİLƏNİB
18-06-2023 21:09
Baxış sayı:
3807

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində vəfat edən “Moderator.az” saytının Baş redaktoru Zülfüqar Hüseynzadə Bərdənin Əliyanlı kəndində torpağa tapşırılıb.
O, ata və anasının məzarları yanında dəfn olunub.
Dəfndə Z.Hüseynzadənin yaxınları, kənd sakinləri və həmkarları iştirak ediblər.
Allah rəhmət eləsin!

***
"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.
Musavat.com xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.
Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.
Z. Hüseynzadənin 52 yaşı vardı.
Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!