​“Zərrab işi”ndə ilk məhkum bəlli oldu: QƏRAR TÜRKİYƏNİ SİLKƏLƏDİ

Baxış sayı:
1218

ABŞ-da Rza Zərrabla bağlı Nyu-York şəhərində keçirilən məhkəmə prosesində ilk qərar açıqlanıb.
Muxalifət.az xəbər verir ki, münsiflər heyəti bu işdə adı keçən Hakan Atillaya qarşı irəli sürülən 6 ittihamın 5-də onu təqsirkar hesab edib. 
Hakan Atilla çirkli pulların yuyulmasında günahlandırılırdı.
Mətbuatın verdiyi xəbərə görə, ABŞ-ın İrana tətbiq etdiyi embarqoların qeyri-qanuni yollarla aşılması ilə bağlı keçirilən məhkəmədə münsiflər heyəti bu gün Azərbaycan saatı ilə 18:40-da toplanıb.
12 nəfərlik heyət “Halkbank” baş direktor müavini Hakan Atilla haqqında qərarı verib.
Atillaya ABŞ Maliyyə nazirliyini aldatmaq, Beynəlxalq Təcili İqtisadi Güc Aktını (International Emergency Economic Powers Act-red.) pozmaq, bank işində saxtakarlıq etmək, çirkli pulların yuyulması və pulların qaçaqmal yolu ilə xarici çıxarılması kimi ittihamlar irəli sürülmüşdü.
 
Noyabrın 28-dən başlayan proses 4 həftə sonra başa çatıb.Bu ay ərzində məhkəmə sədri Riçard Berman müttəhimə veriləcək cəzanı da açıqlayacaq. Bununla bağlı yanvarın sonunda xüsusi prosesin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Hakan Atilla bir konfransda iştirak etmək üçün ABŞ-a getdiyi zaman Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs edilmişdi. Aşağıdakı görüntülər onun istintaqda sorğu-sualı zamanı çəkilib. Hakan Atilla istintaqda Rza Zərrabla əlaqəsini olduğunu inkar edərək, “Sizcə mən axmağa bənzəyirəmmi...Əgər Rza Zərrabla hər hansı bir bağlılığım olsa idi, ABŞ-a niyə gəlirdim” deyə cavab vermişdi.

Günahını qəbul edən və ittiham tərəfi ilə razılaşmaya gedən Türkiyə və İran vətəndaşı Rza Zərraba veriləcək cəzanın müəyyənləşməsində də ittiham tərəfinin bildərəcəyi görüş xüsusi əhəmiyyət daşıyacaq.
 Musavat.com bildirir ki, ABŞ məhkəməsini qəbul etdiyi bu qərar Türkiyə siyasi mühitini silkələyib. İqtidara yaxın media quruluşları bu qərarı "Amerikadan skandal qərar" adlandırıblar.
İqtidar mənsubları bu qərara sərt reaksiyalar verməkdə və onu tənqid etməkdədirlər.
Qeyd edək ki, 3 yanvardakı məhkəmə prosesindən saatlar öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qəzetlərin Ankara təmsilçiləri ilə görüşü zamanı, sanki qərarı daha öncədən bilrimiş kimi, onu komediya adlandırmış və nəticəsindən asılı olmayaraq Türkiyə üçün heç bir əhəmiyyət daşımayacağını söyləmişdi.
Ekspertlərin rəyinə görə, bundan sonra Türkiyə qərarı beynəlxalq məhkəmə instansiyalarına daşıya bilər. Həmçinin Ankaranın işi BMT-nin gündəminə gətirəcəyi istisna edilmir.
Türkiyənin mövqeyinə görə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar rəsmi Ankaranı bağlamır. Türkiyə embarqo qərarının yalnız BMT tərəfindən alına biləcəyi düşüncəsində israr edəcək.
Türkiyə hüquqşünasları bu qərarı sərt şəkildə tənqid ediblər. A haber-ə danışan Özyegin universitetinin professoru Məsud Haqqı Caşin bu qərarın siyasi və əsl hüquq rəzaləti olduğunu ifadə edib.
Onun fikrincə, Türkiyəni İrana qarşı embarqonu pozmaqda ittiham etmək müstəqilliyə qarşı bir qəsddir. Halbuki digər Almaniya, Fransa kimi Avropa ölkələrinin də İranla geniş iqtisadi əlaqələri mövcuddur.
Belə ki, ittihamda Türkiyə banklarının sözügedən işlə bağlı ABŞ Maliyyə nazilriyi tərəfindən sanksiyalara məruz qoya biləcəyi barədə müddəalar yer alıb. Türk hüquqünaslarının fikrincə, bu qərarla ABŞ İran, Suriya, Rusiya kimi məsələlərdə, həmçinin 2019-cu il prezident seçkiləri öncəsində Türkiyəyə siyasi təzyiq kimi istifadə etməyə çalışacaq. /musavat.com/