“Zorakılıq etməyin!...” - Tixanovskaya çağırış etdi

Baxış sayı:
1059

Sveatlana Tixanovskayanın köməkçisi Mariya Kalesnikava prezidentliyə namizədin müraciətini oxuyub. 

O, müraciətində təhlükəsizlik qüvvələri və Belarus vətəndaşlarını zorakılıqdan çəkinməyə çağırıb. “Hazırda qərar qəbul edənlərdən, xüsusi qüvvələrin komandirlərdən xahiş edirəm: dinc sakinlərə qarşı gücdən istifadə etməyin”, – o deyib.

“Polisdən və əsgərlərdən xahiş edirəm ki, xalqdan olduqlarını unutmasınlar. Bir daha seçicilərimə müraciət edirəm: provokasiyaya getməyin, sizə qarşı zorakılıqdan istifadəyə səbəb verməyin. Xahiş edirəm, zorakılığı dayandırın. İlk növbədə, polis əməkdaşları, bilirəm ki, bunu edə bilərsiniz”, – Tixanovskaya vurğulayıb.