​“ZİYA MƏMMƏDOVUN QOHUMU İNSANLARA QƏNİM KƏSİLİB” – Ucar sakinindən ölkə başçısına müraciət

Baxış sayı:
12241

Ucar rayonu, 20 Yanvar küçəsi, ev 34 sakini Hüseynov Tofiq Qəfər oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həkim səhlənkarlığından şikayət edən T.Hüseynovun məktubunu olduğu kimi dərc edirik:
“Atam Hüseynov Qəfər Tofiq oğlunu Ucar rayon Mərkəzi xəstəxanasında həkimlər səhv müalicə ediblər deyə, ürəyi xəstə düşdü və vəfat etdi.
Atam yüngül xəstələndi deyə, Ucar rayon xəstəxanasına müraciət etdi. Orada Pərvanə adlı həkim atamı müalicə etdi. Uzun müddət müalicə alan atam günü-gündən zəiflədi.
Səhhəti daha da pisləşdiyi üçün Göyçay xəstəxanasına apardıq. Orada müayinə edən həkimlər dedilər ki, müalicə səhv aparılıb deyə ürəyi çox zəifləyib. Bu minvalla atamın ürəyi ciddi xəstə düşdü və vəfat etdi.
Ucar rayon xəstəxanasında özbaşınalıq, savadsızlıq baş alıb gedir. Buna baxmayaraq qarşısı alınmır, heç bir tədbir görülmür. Çünki xəstəxananın Zeynal Bayramlı adlı direktoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Buna görə ondan hər gün əsaslı şikayətlər olsa da baxılmır, heç bir tədbir görülmür.
Prezident İlham Əliyevdən xahiş edirəm ki, insanlara qənim kəsilmiş Ucar rayon xəstəxanasının direktoru Zeynal Bayramlının və orada işləyən savadsız həkimlərin barəsində tədbir görəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.