​Zaxarova özünü biabır etdi: BİN LADEN HİND MÜĞƏNNİ ÇIXDI

Rusiyalı jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Klinton haqqında iddialarını yalan çıxaracaq fakt aşkar ediblər.
Oktyabrın 30-da Zaxarova “Rossiya 1” televiziyasında Hillari Klintonun dövlət katibi olduğu dönəmdə Usama bin Ladenin Ağ Evdə qəbul edildiyini bildirib. Zaxarova buna əsas sübut kimi bin Ladenlə Klintonun bir müddət öncə yayılmış fotosunu göstərib. XİN nümayəndəsi ABŞ-ın bununla qlobal terrorizmə sponsorluq etdiyini söyləyib.
Rusiyalı jurnalistlər isə Zaxarovanın yalan dediyini bildiriblər. Onların sözlərinə görə, Zaxarovanın iddia etdiyi foto əslində saxtadır. Belə ki, bu fotoda əslində Əl Qaidənin keçmiş lideri bin Laden yox, hindistanlı müğənni Şubxaşişem Mukherci dayanıb. Mukhercinin yerinə buraya sonradan bin Ladenin görüntüsü montaj edilib./axar.az/