YPG-nin qazdığı tunellər başlarına çökdü

Baxış sayı:
7279

Terror təşkilatı PKK-nın Suriya uzantısı PYD/YPG-nin Fəratın şərqinə yönəlik Türk ordusunun keçirəcəyi mümkün hərbi hərəkat ərəfəsində qazdıqları tunellər Türk əsgəri gəlmədən bir-bir çökməyə başlayıb.
 
Terror təşkilatı PYD/YPG “Zeytun budağı” Hərəkatında olduğu kimi tədbirlər almağa çalışarkən bir yandan da itki verməyə davam edir. Ötən gün PKK-nın işğalı altında olan Rəsulayn-da qazdıqları bir tuneldə baş verən uçqun nəticəsində 5 terrorçunun uçqun altında qalaraq öldüyü müəyyən olunub. Qazılan tunellərin böyük olması və heç bir mühəndislik və bərkitmə işləri görülmədən tunellərin qazılması, ayrıca tunellərin üstündə yerləşən yaşayış binalarının ağırlığının da nəzərə alınmaması səbəbilə tunellər üstündə yerləşən evlərlə birlikdə çöküb. Daha əvvəl də terror təşkilatı PKK/YPG-nin öz qazdığı tunellərin çökməsi və yaxud döşədikləri partlayıcıların partlaması nəticəsində çox sayda terrorçu ölmüşdü.
Digər tərəfdən, Fəratın şərqindəki terror təşkilatlarının təmizlənməsinə yönəlik diplomatiya yolu davam edərkən, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hissələri də hazırlıqlarını tamamlayır. ASO birliklərinə bağlı Milli Ordu əsgərlərinə 24 saat fasiləsiz təlimlər verilir.
Müxalifət.az