YPG-nin əcnəbi terrorçularının təlaş anı: Aman tanrım,Türk komandosu gəlir, qaçın

Baxış sayı:
5494

Suriyaya gedərək terror təşkilatı YPG-yə qoşulan və daha əvvəl çəkdikləri video çəkilişləri ilə terror təbliğatı aparan əcnəbi terrorçular, TSQ-nin Zeytun Budağı Əməliyyatı prosesində Afrində yaşadıqları qorxu və təlaşı nəql ediblər. Aralarında Çin əsilli İngilis vətəndaşı Huany Leinin də olduğu dörd terrorçu, canlarını çətinliklə xilas etdikləri Afrindən qaçış anlarını video çəkilişlə qeydiyyata alıblar. Yaşadıqları təlaşı təfərrüatı ilə izah edən əcnəbi əsilli terrorçular, Türk əsgərinin gücünü ortaya qoyan maraqlı etiraflar edib. Video görüntüləri sosial mediada bölüşən YPG-lilərin açıqlamalarının xülasəsi belədir: “İlk təcavüz yemək yediyimiz bir zaman baş verdi. Kimsə belə bir hücum gözləmirdi. Öz aramızda söhbət edib, gülürdük. Havada İHA yox, təyyarə yox, artilleriya da atəş açmırdı. Birdən hər yerdən od püskürməyə başlandı. Aman Tanrım, yüzlərlə Türk komandosu Şimaldan, Qərbdən, Şərqdən gəlirdi. TSQ ÇOX TƏSİRLİDİR Qorxduğumuz yeganə şey lazımsız bir müharibədə, ölmək və ya əsir düşməkdi. Etiraf etməliyəm ki, Türk əsgəri Afrində təsirli bir taktika tətbiq etdi. TSQ, ilk növbədə Afrin sərhədinin təhlükəsizliyini təmin etdi. Sonra bizim olduğumuz şəhər mərkəzini mühasirəyə aldı. Son mərhələdə da şəhər mərkəzini təmizlədi. ÖLƏCƏYİMİZİ DÜŞÜNDÜK Daha əvvəl belə bir mühasirə yaşamamışdıq. 90 faiz öləcəyimizi düşündük. Hər yerdən güllə yağırdı. Türk əsgəri şəhər mərkəzinə daxil olurdu və biz çox çətin vəziyyətdəydik. Yanımızdakı YPG-li "Tez qaçın, avtomobil gözləməyin, yeriməyin, qaçın" deyə çığırdı. Türk komandoları daşıyan avtomobilləri gördük. Sonra ağır toplarla hücum başladı. Sonunda çox çətin də olsa, qaçmağı bacardıq.” Müxalifət.az