Yer altından HÜCUM BAŞLAYIR: Gizli müharibə ANONSU

Baxış sayı:
4248

İŞİD terror qruplaşması İraq və Suriyada məğlubiyyətdən sonra gizli müharibəyə başlaya bilər.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Kanada generalı Mayk Rulo bildirib.
“İŞİD bundan sonra nə olacaq? Hesab edirik ki, yeraltına enəcəklər”, - general deyib.
Onun sözlərinə görə, terror təşkilatı hələ ölü deyil və buna görə də İŞİD-lə mübarizədə sonrakı hərəkətlər üzrə tövsiyələrini hazırlayıblar.
Qeyd edək ki, dekabrın 20-də ABŞ prezidenti Donald Tramp Suriya və İraqın bütün ərazisinin İŞİD-dən azad edildiyini bəyan edib.