Yaxın Şərqdə SƏRHƏDLƏR 4 İL ƏVVƏL CIZILMIŞ

 ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times”-ın 4 il əvvəl dərc etdiyi xəbərdəki xəritədə Yaxın Şərqin alacağı şəkil göstərilib.
 
28 sentyabr 2013-ci il tarixli Robin Rayt imzalı təhlildə Yaxın Şərqdə 5 dövlətin parçalanaraq necə 14-ə qədər artacağı bildirilib. "Yavaş-yavaş Yaxın Şərqin xəritəsi yenidən çəkilə bilər" deyilən təhlildə, Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq, Liviya kimi ölkələrin bir neçə hissəyə bölündüyü  görülür.
“New York Times”-ın yeni Yaxın Şərq proqnozuna görə, 5 ölkədən 14 ölkə yaranacaq . Belə ki, İraqın şərqində bir Kürd bölgəsi, ortasında bir Sünni dövləti, paytaxt Bağdadın cənubunda də bir Şiə dövləti qurulacaq
İŞİD terror təşkilatının İraq və Suriyadakı strateji əhəmiyyətə malik əraziləri ələ keçirməsi, “New York Times” qəzetinin dərc etdiyi və ehtimal olunan Yaxın Şərq ssenarilərini ehtiva edən xəritəni də gündəmə gətirdi. "5 ölkədən 14 ölkə yaranacaq" başlığı ilə dərc olunan xəritə və Robin Rayt imzalı Yaxın Şərq təhlili, Liviya, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəməndəki etnik və məzhəbsəl gərginlikləri ələ alıb, regionu gözləyən iqtisadi və siyasi böhranların olacağını göstərib.
 
 
 
Raytın məqaləsinə görə, Suriyada vətəndaş müharibəsi Yaxın Şərqin taleyini dəyişəcək çözülmənin başlanğıc nöqtəsi olacaq. Bölünmələrin və yeni yaranışların əsasında isə məzhəb münaqişələri, tayfa və qəbilələr arasındakı uyğunsuzluqlar və etnik fərqliliklərlə yanaşı,” Ərəb Baharı”nın proqnozlaşdırılmayan nəticələri durur. Ötən əsrin əvvəlində Avropalı dövlətlər tərəfindən çəkilmiş xəritənin qarşıdakı dövrdə ciddi dəyişikliklərə səhnə ola biləcəyi deyilir. Yeni xəritə yalnız Yaxın Şərqə təsir etməklə qalmayacaq, eyni zamanda beynəlxalq arenadakı iqtisadi əməkdaşlıqları, enerji yollarını, təhlükəsizlik müqavilələri və siyasi nizamı da dəyişdirəcək.
Suriyadakı etnik və dini fərqlilikər eyni zamanda bu ölkənin yumşaq qarnı kimi göstərilir. Mart ayında 4-cü ilə daxil olan və ən az 160 min nəfərin ölümünə, 9 milyon insanın evlərini tərk etməsinə səbəb olan vətəndaş müharibəsinin yaratdığı vəziyyət Raytın analizinin təsdiqləndiyini göstərir. Suriyanı 1971-ci ildən bəri idarə edən Əsəd ailəsinin də bir parçası olduğu Nusayri azlığın dar bir sahil zolağında müstəqil dövlət qurması, şimalda Kürdlərin yaşadığı muxtar bir bölgənin ortaya çıxması və mərkəzi hissələri də içinə alan geniş bir Sünni dövlətinin yer alması da yazıda olacaq hadisələr kimi göstərilir.
Müxalifət.az