Yaxalanan terrorçu Əsəd rejiminə belə səsləndi - VİDEO

Baxış sayı:
5734

Türkiyədə 53 nəfərin ölümünə səbəb olan Reyhanlı terrorunun təşkilatçısı Yusif Nazik, MİT-in keçirdiyi nöqtə əməliyyatı ilə yaxalanaraq Türkiyəyə gətirilib.
 
Axtarılan terrorçular siyahısında “mavi” kateqoriya siyahısında yer alan Nazik, MİT-in keçirdiyi peşakar əməliyyatla paketlənərək təhlükəsiz yollarla Türkiyəyə gətirilib.
 
“TÜRKİYƏ DÖVLƏTİ ÇOX BÖYÜKDÜR, HESABINI SİZDƏN SORACAQ”
 
Türkiyədə keçirilən sorğusunda əmri Suriya kəşfiyyatından aldığını qeyd edən Nazik, Əsəd rejiminə səslənərək, “Türkiyə dövlətindən qaça bilmədim, peşmanam. Məni Suriyadan tutub gətirdilər. Suriyadakı dostlarıma müraciət edirəm, yol yaxında ikən bu yoldan qayıdın, Türk dövləti bizə sahib çıxar, öz dövlətimiz bizə sahib çıxır. Suriya dövlətinə də müraciət edirəm, Türkiyə dövləti çox böyükdür, bunun hesabını əlbəttə sizdən soracaq" deyib.
Müxalifət.az