Yarıçılpaq, ehtiraslı qızlar Papa üçün şou göstərəcək (FOTO)

Karnaval şousu Argentinada baş tutacaq

Argentinanın "Ara Yevi" rəqs qrupu Roma Papası Fransiskin şərəfinə möhtəşəm karnaval şousu hazırlayıb.

ANS PRESS-in məlumatına görə, Argentinada karnaval müqəddəs hesab edilir və dünyanı birləşdirməyə xidmət kimi başa düşülür. Avropada etirazların, qarşıdurmaların olduğu bir vaxtda sambaçılar papa üçün hazırlanan qaynar rəqs nümunələri ilə 400 mindən çox insanı heyran etməyi planlaşdırır.

Onlar bu karnaval şousu ilə iki il əvvəl katoliklərin dini lideri olaraq seçilən papa Fransiskə sevgi və hörmətlərini çatdıracaqlar.

Karnavalda papanı imitasiya etmək üçün eyni ilə ona bənzəyən aktyor da seçilib. Paradda "Ara Yevi” rəqs truppasının 300-dən çox üzvü iştirak edəcək.

Qeyd edək ki, karnaval şousu Argentinanın Qualequayçu şəhərində baş tutacaq.