Yaponiya hərbçiləri hərəkətə keçdi: İLK DƏFƏ - VİDEO
9-04-2018 18:43
Baxış sayı:
3207
Yaponiya II Dünya müharibəsindən sonra ilk dəfə yaratdığı dəniz desant qüvvələrini hərəkətə keçirib.
Muxalifət.az xəbər verir ki, desant qüvvələrindən ibarət 1500 nəfərlik piyada Kyusyu adasında təlimlərə başlayıb. Rəsmi Pekin isə Yaponiya ordusunun hərəkətlərini yaxından nəzarətdə saxladıqlarını bəyan edib.
Yaponiyalı əsgərlər bəzi ABŞ hərbçiləri ilə birgə təlim keçirib və adanın xarici güclərdən xilas edilməsini hərbi təlimdə canlandırıb.
Qeyd edək ki, Yaponiya ilk dəfə olaraq dəniz desant qüvvələri yaradıb.
Çinlə Yaponiya arasında Şərqi Çin dənizində əsas mübahisə Senkaku adasına görə yaranır.(axar.az)