​Xırdalanda FACİƏ: maşın yol kənarında duran şəxsin ÜSTÜNDƏN KEÇDİ

Baxış sayı:
6082

Xırdalan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Ötən gecə şəhər ərazisində Namazov Arif Kərəm oğlu idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili ilə yolun kənarında dayanmış şaxsi vurub öldürüb. Belə ki, A.Namazov maşınla Binəqədi şosesindən Xırdalana gedərkən kənarda dayanmış kişini görməyib və maşınla onun üstündən keçib.
Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.
Ölən şəxsin kimliyi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb./Publika.az/