​Xaləddin İsgəndərovu ərəb şeyxləri ilə nə bağlayır? - “BU QƏDƏR SƏRVƏTİ HARDANDIR?” – 31 sayt Binəqədinin başçısından yazdı

Gədəbəyin icra başçısı Ramiz Yediyarov ikinci, Sabunçunun başçısı Adil Vəliyev isə üçüncü yerdə qərar tutub
 
 

Baxış sayı:
9099

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 25-31 dekabr 2017-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərovun “yaşıl cinayəti””, "Xaləddin İsgəndərovdan icazə alan işbazlar..." – GİLEY” , “Xaləddin İsgəndərovun MAXİNASİYA XƏRİTƏSİ”, “Xaləddin İsgəndərov dayanacağın yerini satdı, sakinlərin yolu bağlandı”, “Binəqədinin icra başçısına və Fazil Məmmədova məxsus olduğu bildirilən qoşa villaların satışa çıxarıldı?”“Xaləddin İsgəndərovun bu qədər sərvəti hardandır? - O ərəb şahzadəsi deyil axı…” sərlövhəli 5 məqalənin 31 saytda yayılması ilə, keçən həftə olduğu kimi, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur.
 
Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Yediyarov Gədəbəydə fironluq edir... – İTTİHAM”, “Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları”“Gədəbəyin icra başçısının qanunsuzluğuna dair ABŞ-dan məktub gəldi” başlıqlı 3 müxtəlif məqalənin 13 elektron KİV-də yayılmasıyla Gədəbəy  rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutur.
 
Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Basqınla ev dağıdıb, pul tələb edən icra nümayəndələri, ağlayan qadınlar və uşaqlar…” adlı məqalənin 8 elektron KİV-də yayılmasıyla Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tutur.
 
Muxalifet.az