​“Vəzifəli şəxs tərəfindən himayə olunan Səbuhi Quliyev hədə-qorxu ilə bizdən pul tələb edir” – GÖYÇAYLI SAHİBKARLARDAN PREZİDENTƏ VİDEO-MÜRACİƏT / Fotolar

Baxış sayı:
5540

Göyçay rayonu Qaraməryəm kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abdullayev İntiqam Səhliyar oğlu, Hüseynli Teyyub Həşim oğlu, Qasimov Fuad Nazım oğlunun müraciətini olduğu kimi dərc edirik:
“Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu biz sahibkarları şantaj edib, hədə-qorxu ilə bizdən pul tələb edir. Bu şantajçını vəzifəli şəxs himayə edir deyə, ona “gözün üstə qaşın var” deyən yoxdur.
Səbuhi Quliyev bizi artıq ölüm həddinə çatdırıb. Sizdən xahiş edirik, bizim bu video müraciətimizi mətbuatda dərc edin, prezident cənab İlham Əliyev və hüquq mühafizə orqanları bu şantajçı barədə qanunu tədbirlər görsünlər”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.