Vilayət Eyvazov rəisi işdən azad etdi - YENİ TƏYİNAT
14-08-2019 17:37
Baxış sayı:
14475
Daxili işlər orqanlarında yeni təyinat olub.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı təsdiqləyib.