“VENESUELADA ƏSL HƏDƏF RUSİYA VƏ ÇİNDİR” - WSJ

Baxış sayı:
3967

“The Wall Street Journal” (WSJ) qəzeti Venesuelanın dövlət başçısı Nikola Maduronu hakimiyyətdən salmaq cəhdlərinin ABŞ-ın regionda nəzarətini gücləndirməyə və Rusiya ilə Çinin təsirini azaltmağa yönəlik planının ilk addımı olduğunu yazıb. Qəzetə görə, Vaşinqtonun növbəti hədəf Kuba olacaq. Digər tərəfdən, ABŞ xəzinəsindən bildiriblər ki, Venesuelanın PDVSA neft şirkətinin nəzarətinin müxalif lider Xuan Guiadoya və ya seçilmiş başqa bir hökumətə təhvil verildiyi təqdirdə, ABŞ-ın sanksiyaları yumşaldılacaq.
Müxalifət.az