“Vaşinqton Post”-dan Amerika cəmiyyətinə çağırış: SƏUDİYYƏNİN ABŞ-dakı SƏFİRİ TƏCRİD OLUNMALIDIR

Baxış sayı:
4327

“Vaşinqton Post” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qardaşı olan və Səudiyyənin Vaşinqtondakı səfiri vəzifəsini icra edən Xalid bin Salmanın Camal Qaşıqçı cinayətinin ört-basdır edilməsinə kömək etdiyini irəli sürərək onun cəmiyyətdən təcrid olunmasına çağırıb.
 
“Vaşinqton Post” qəzeti, "Xalid bin Salman Camal Qaşıqçı cinayətinin ört-bas edilməsində rol aldı. Cəmiyyətdən təcrid olunmalıdır" başlıqlı bir məqalə dərc edib.
“Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğuna girdikdən sonra ortadan qeyb olduğu günlərdə Xalid bin Salman bilərəkdən bir yalan kampaniyası başlatdı" İfadələrinə yer verilən məqalədə, Xalid bin Salmanın o tarixlərdə Qaşıqçı-nın konsulluqda nəzarətə alındığı və ya öldürüldüyü iddialarını qəti bir dillə rədd etdiyi xatırladılıb.
Xalid bin Salmanın atası kral Salman bin Əbdüləziz və qardaşı Məhəmməd bin Salmanın Qaşıqçı-ya nə olduğunu bilmədiyini iddia etdiyinə işarə edilən məqalədə, "Bir neçə həftə sonra Səudiyyə rejiminin Qaşıqçı-nın öldürülməsi və cəsədinin parçalanması üçün İstanbula bir sui-qəsd qrupu göndərdiyi həqiqəti inkar edilə bilməz bir hala gəlincə, səfir Xalid hiyləgərcəsinə Vaşinqtondan sivişərək Ər-Riyada gedib" deyə qeyd edilib.
Məqalədə, Xalid bin Salmanın çərşənbə günü ABŞ-ın keçmiş prezidentlərindən Corc H W. Buşun dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona qayıtdığı xatırladılaraq, "Bu, Səudiyyə rejiminin Camal Qaşıqçı cinayəti haqqında peşman olmaqdan uzaq cəsarətini nümayiş etdirən, heyrətamiz dərəcədə həyasız bir hərəkətdi" fikrinə yer verilib.
MKİ-yə görə, Xalid bin Salmanın böyük ehtimalla əmrini vəliəhd şahzadə qardaşının verdiyi Camal Qaşıqçı cinayətinin ört-basdır edilməsindəki rolunun açıq olduğunun vurğulandığı məqalədə, Xalid bin Salmanın Qaşıqçı-ya konsulluğa getməsini söyləyərək bu cinayətdə iştirak etmiş ola biləcəyi də qeyd edilib.
 
Xalid cəmiyyətdən təcrid olunmalıdır
 
Məqalədə, Xalid bin Salman və qardaşı Məhəmməd bin Salmanın Qaşıqçı cinayətindəki əməkdaşlığının ortaya çıxarılması üçün müstəqil beynəlxalq araşdırmaya ehtiyac duyulduğunun vurğulandığı məqalədə bu ifadələrə yer verilib:
“Xalid bin Salmanın diplomatik vəzifəsini davam etdirməsinə gəlincə: Bir jurnalistin öldürülməsinə, belə bir günah üçün diplomatik bir obyektin istifadə edilməsinə qarşı çıxmayan hər kəs, ya da bu cinayəti ört-bas etmək üçün yalan söyləyən əxlaqsızlar Xalid bin Salmanın Vaşinqtona qayıtmasını müsbət qarşılayacaq. Xalid digər hər kəs tərəfindən təcrid olunmalıdır".
Müxalifət.az