Valideynlərə XƏBƏRDARLIQ EDİLDİ: Uşaqların çantasına nəzarət edin
10-10-2018 16:39
Baxış sayı:
4357
Suraxanı rayonu Hövsan qəsəbəsindəki 76 saylı tam orta məktəbdə bibər qazından zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb.
Məktəbdən virtualaz.org-a bildiriblər ki, uşaqların vəziyyəti yaxşıdır. Məktəbdə şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət edilsin.
Təhsil ocağından qeyd olunub ki, hazırda məktəbdə hər şey qaydasındadır.
Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı bibər qazı gətirərək tənəffüsdə sinif yoldaşlarının üzünə püskürdüb. Nəticədə xəsarət alan 9 uşaq Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdi.