​“Urala qədər irəlilədikdən sonra...” - Çin-Rusiya müharibəsinin SSENARİSİ

ABŞ-ın “National Interest” nəşrində hərbi ekspert Kayl Mizok Rusiyanın Çinə qarşı hipotetik müharibədə istifadə edə biləcəyi silahların adlarını açıqlayıb.
Muxalifət.az xəbər verir ki, ekspert siyahıya yeni yaradılan Su-57 “beşinci nəsil” qırıcısı, Tu-95 strateji bombardmançı raket daşıyıcısı, Tu-160 səsdən surətli strateji bombardmançı raket daşıyıcısı, “dördüncü nəsil” çoxməqsədli “Su-35” qırıcısı və “T-14” tankını daxil edib.
Ekspert qeyd edib ki, döyüş hərəkətlərində iştirakın zəngin təcrübəsi olan güclərin mövcudluğu Rusiyanın üstünlüyüdür. Onun fikrincə, ölkənin coğrafi yeri və iqtisadiyyatı Rusiyanın zəif tərəfləridir. Mütəxəssis qeyd edir ki, Rusiya üçün ölkə ərazisinin Avropa və Asiya hissələrində qoşunların eyni vaxtda olmasını təmin etmək çətin olacaq. Ekspertin sözlərinə görə, mümkün qələbələrdən sonra Çin cətin ki, Uralda irəliləməyi bacaracaq.
Bununla belə, Mizok qeyd edib ki, ən yaxın perspektivdə Rusiya və Çin arasında hərbi münaqişənin inkişafı ağlasığmazdır./publika/