​Ukraynanın baş prokuroru İSTEFA VERDİ

Baxış sayı:
6103

Ukraynanın baş prokuroru Yuri Lutsenko istefa verib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, o, qərarını parlamentdə siyasi fəal Yekatrina Qandzyukun öldürülməsi üzrə cinayət işindən danışarkən açıqlayıb.
"Bu gün hakimiyyətdən ikiəlli yapışmadığıma heç kimin şübhəsi olmaması üçün Ukrayna Prezidentinə istefa verdiyimi bildirirəm. Siz bu məsələyə parlamentdə mütləq baxmalısınız. Xahiş edirəm, bunu cari həftə ərzində edin. Hüquq-mühafizə sistemində açılmış cinayətlərlə bağlı sübutlar belə məhv edilirsə, mən ölkədə ikihakimiyyətliliyin yaranmasına yol verə bilmərəm”, - o vurğulayıb.