​Ukrayna: “Belarus bizi arxadan vurdu”

BMT-də Ukraynanın səsverməyə təqdim etdiyi Krımda insan haqları ilə bağlı qətnamənin əleyhinə səs verməklə Minsk Kiyevi kürəyindən bıçaqladı.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının sədr müavini İrina Geraşenko paylaşıb.
 “Belarusun səsvermədə göstərdiyi mövqe onun neytrallıqla bağlı səsləndirdiyi bəyanatlara ziddir. Minsk artıq neytral yox, konkret mövqeyə sahib ölkədir. Əgər neytral olsaydı, ümumiyyətlə, səsvermədə iştirak etməzdi. Bu, Minsk tərəfindən Ukraynanın kürəyinə saplanmış ikinci bıçaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə BMT-də Rusiyanın Krımda insan haqlarının pozması ilə bağlı qətnamə qəbul edilib