Türkiyəyə qarşı XAİN ADDIM: gizli qrup... - ABŞ bu sənədə NƏ DEYƏCƏK? - FOTOFAKT

Baxış sayı:
5149

ABŞ PKK terror təşkilatına meydan açmaq üçün savaşa daxil edilən İŞİD terror təşkilatına silah-sursat çatdırıb.

Türkiyənin “Yeni Şəfəq” nəşri İŞİD-ə silah-sursat tədarükünün sənədlərini əldə edib.

1987-ci ildə Suriyada həbsxanada PKK terror təşkilatına qoşulan və 2012-ci ildə Bəşər Əsəd tərəfindən azad edilən Davud kod adlı terrorçu İŞİD-in silahla təchizatının detallarını danışıb.

 

Suriya daxilində 3 bölgədən İŞİD-ə ABŞ silahlarının çatdırıldığını deyən Davudun sözlərinə görə, Tenef-55, İraq və İordaniya sərhədlərinin kəsişdiyi Müselles və Rakkanın cənubi-şərqindəki Mansura bölgələri başlıca təchizat nöqtələri olaraq istifadə edilib. O, silahların çatdırılması prosesini koordinasiya edən gizli qrupun yaradıldığını, qrupun 2 ərəb və 3 kürddən ibarət olduğunu, rəhbərliyinə isə Əbu Xalid adlı bir ərəbin gətirildiyini ifadə edib.

Davudun sözlərinə görə, Türkiyə Suriyanın şimalında İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirdiyi dövrdə Amerika silahları PKK tərəfindən İŞİD-ə çatdırılıb. Həmin vaxt Əl-Babın şimali-şərqində yerləşən Ümmü Cülud kəndi ərazisində 7 ayrı təslimat həyata keçirilib. Bunlardan bəzilərində PKK-çılar İŞİD-dən pul alıblar və təslimatın həyata keçirildiyini göstərən sənədləri imzalayıblar. İŞİD-in möhürünün olduğu bu sənədlərdə bəzi simvolik rəqəmlər yazılsa da, real xərclər heç vaxt əksini tapmayıb. Çünki verilmiş silah və sursatların dəyəri milyonlarla dollar təşkil edirdi./Publika/