Türkiyəyə qarşı sanksiyanı ABŞ Senatı təsdiq etdi

Baxış sayı:
3271

ABŞ Senatı, daha öncə komissiyadan keçən, Rusiyadan S-400 raket müdafiə sistemləri alan Türkiyəyə qarşı, F-35 döyüş təyyarələrinin satışına sanksiya tətbiqinə dair qərarı Senatın baş məclisində 87 lehinə, 10 əleyhinə olmaqla, təsdiq edib.
 
TƏSDİQ ÜÇÜN TRAMPA GÖNDƏRİLƏCƏK
 
Senatın da qəbul etməsindən sonra, Türkiyəyə F-35 sanksiyalarını da nəzərdə tutan qərarın qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Trampın təsdiqinə göndəriləcək. Tramp imzaladığı vəziyyətdə, Türkiyəyə F-35 döyüş təyyarələrinin sanksiyası rəsmiləşəcək.
ABŞ rəhbərliyinin məhbus Amerikalı keşiş-casus Endryu Brunsona görə, iki Türk nazir, Süleyman Soylu və Əbdülhəmid Gülə sanksiya qərarı ilə birlikdə, Trampın önünə gələn F-35 qərarını da təsdiqləyəcəyi bildirilir.
Müxalifət.az