Türkiyənin Böyük Millət Məclisi ABŞ sanksiyasına etiraz etdi

Baxış sayı:
2770

Türkiyənin Böyük Millət Məclisindəki 4 siyasi partiya qrupu, ABŞ Xəzinə Nazirliyinin sanksiya qərarını birgə bəyanat verərək etiraz edib.
 
Bəyanatda, ABŞ-a 15 iyul dövlət çevrilişinə cəhd, FETÖ, PKK/YPG terrorçuları ilə Türkiyə əleyhinə əməkdaşlıq və Suriyadakı proseslər xatırladılıb və bütün bunlar ortada ikən Türkiyədəki bir casusluq işinə dair mühakiməni bəhanə edərək Türkiyəni sıxışdırma və Amerika qərarları istiqamətində davranmağa məcbur məqsədi daşıdığına diqqət çəkilib.
AK Partiya, CHP, MHP-nin və İYİ Partiya qruplarının birgə açıqlamasında bu ifadələrə yer verilib:
“Sanksiyaya Daxili İşlər və Ədliyyə Nazirlərinin əlavə olunmasını və nümunəsi görülməmiş bir şəkildə iki nazirin şəxsində birbaşa Türkiyə Respublikasının varlığının və müəssisələrinin hədəf alınmasını heç bir şəkildə qəbul etmirik, bu qərar sahiblərini iki ölkənin birgə maraqları üçün ən ciddi səviyyədə problem yaratdıqlarını, bu cür yol və üsulları xalqımızın şərəfi və ciddiyyəti ilə rədd etdiyimizi, bu istiqamətdə atılmış və atılacaq hər cür addıma qarşı millətimizin ümumi qətiyyətini və həmrəyliyini ifadə etdiyimizi, icra orqanının beynəlxalq razılşamalar çərçivəsində lazım olan cavabı verməsinin haqqı olduğunu ictimaiyyətə çatdırırıq".
Müxalifət.az