Türkiyəli tələbələrin meyitləri tapıldı
3-01-2019 19:35
Baxış sayı:
12880
Ukraynada təhsil alan 2 türkiyəli tələbə qızın kirayədə qaldıqları evdə meyitləri aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, dostlarının bu barədə polisə məlumat verməsindən sonra onların qaldıqları mənzilə baxış keçirilib və qızların cansız bədəni aşkarlanıb.
Məlumata görə, qızlardan biri sevgilisi tərəfindən uzun müddət idi ki, izlənilirdi.
Hazırda polis həmin oğlanın axtarışlarına başlayıb və faktla bağlı cinayət işi açılıb.