Türkiyədən sərt Ermənistan açıqlaması!

Baxış sayı:
3550

Türkiyə prezidentini yardımçısı Fuad Oqtay, "Erməni diasporuna boyun əyərək Türk tezislərini qadağan edən parlamentlərin qərarlarına hörmət etmirik" deyib.
 
Oqtay, “1915 hadisələri üzərindən tariximizə qara ləkə salmaq istəyənlər, bu qədər səylərinə baxmayaraq, ölkəmizə ədavəti olan dövlətlərdən savayı hədəflərinə çata bilməmişlər. 2015-ci il ərəfəsində intensivləşən böhtan kampaniyaları, ölkəmizin mövqeyi, Türk Tarix Qurumu kimi rəsmi qurumlarımızın və diplomatlarımızın səyləri nəticəsində boşa çıxmışdır.
Bizim nə “mirası rədd” etməyə, nə də qədim tariximizə təftişçi bir dünyagörüşü ilə yaxınlaşmağa ehtiyacımız yoxdur. 2200 illik tarixi, uğurları və məğlubiyyətləri ilə Türk tarixi bir bütündür. Göytürk də bizimdir, Qaraxanlılar da bizimdir, Səlcuqlu da, Osmanlı da, Cümhuriyyət də bizimdir” deyə, söyləyib.
Müxalifət.az