Türkiyədə tutulan BƏƏ casusu niyə intihar etdi?

İstanbulda tutulan BƏƏ casusun saxlanıldığı Silivri Həbsxanasında intihar etdiyi xəbəri gündəmə bomba kimi düşərkən, Yeniakit qəzetinə açıqlama verən kəşfiyyat mənbələri, intiharın arxasında təhdidin olduğunu ifadə ediblər.
Ötən günlərdə İstanbulda tutulan və Birləşmiş Ərəb Əmirliklərinin casusu olduğu aşkar edilən iki nəfərdən birinin, saxlanıldığı Silivri Həbsxanasında intihar etdiyi öyrənilib. Sorğularında BƏƏ adına casusluq etdiklərini qəbul edən casuslardan birinin intihar etməsi, intiharın səbəbi haqqında zehinlərdə sual işarələrinə yol açıb.
İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən Camal Qaşıqçı cinayətindən sonra Türkiyədə yaşayan ərəblər haqqında məlumat toplayaraq bu məlumatları BƏƏ-yə ötürdükləri ortaya çıxan casuslardan birinin öldürülməsi BƏƏ, Səudiyyə Ərəbistanı və FETÖ-nun həbsxanalara da mesaj göndərdiyi şəklində şərh olunub.
Təhdid edilib?
Sorğusunda BƏƏ adına casusluq etdiyini qəbul edən casusun etirafının üstündən 10 gün keçməmiş intihar etməsinin səbəbini kəşfiyyat mənbələri, casusun təhdid edilməsi kimi şərh edib. Qəzetə məlumat verən bir kəşfiyyat eksperti, casusun ölümünün arxasında təhdid edilmə ehtimalının yüksək olduğunu bildirərək "Casus böyük ehtimalla FETÖ əli, ya Səudiyyə, ya da BƏƏ tərəfindən özü və ailəsi təhdid edilmişdir. Bu ölkələrdə xaricdə olarkən ailənizi ölkənizdə əsir buraxarsınız. Casusa da "Əgər danışsan ailəni yaşatmaırıq” deyə bilərlər. İkinci ehtimal isə casusun özünün təhdid edilməsidir. Burada aktiv FETÖ-çuları istifadə edə bilərlər" deyib.
Müxalifət.az