Türkiyədə sürətli qatar qəzası ilə bağlı rəsmi açıqlama

Baxış sayı:
4633

Ankarada bu gün səhər saatlarında baş verən Yüksək Sürətli Qatar qəzası ilə bağlı açıqlama verən Ankara valisi Vasip Şahin, qəzada ilk müəyyən olunan məlumatlara görə, 4 adamın öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.
 
Ankara valisi Şahin, qatar qəzasının Yüksək Sürətli Qatarın eyni marşrutda yol nəzarəti aparan bələdçi qatarla toqquşması nəticəsində meydana gəldiyini açıqlayıb.
Müxalifət.az