Türkiyədə futbolçuları aparan mikroavtobus aşıb
29-04-2019 09:13
Baxış sayı:
6298

Türkiyənin Kayseri şəhərində keçirilən futbol qarşılaşmasından geri dönən Alanyaspor futbol klubunun idmançılarını aparan mikroavtobus aşıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı biri ağır olmaqla beş futbolçu yaralanıb. Hadisə yerinə təcili tibbi briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.