​Türkiyədə azərbaycanlı gənc damarlarını kəsdi və...

Baxış sayı:
5308

Türkiyənin Yalova şəhərində 30 yaşlı azərbaycanlı intihar edib.
Muxalifet.az xəbər verir ki, azərbaycanlı H.H. qaldığı otelin vanna otağında güzgünü sındıraraq damarlarını kəsib, ardınca eyvana çıxaraq özünü atıb.
Ağır yaralanan H.H. qaldırıldığı xəstəxanada həyatını itirib.
Hadisə şəhərin Cümhuriyyət prospektində yerləşən otelin üçüncü mərtəbəsində qeydə alınıb.
Otelin altındakı dönərçinin qabağına düşən H.H.-yə ətrafdakı vətəndaşlar kömək etməyə çalışıb. O, Yalova Dövlət Xəstəxanasına aparılsa da, gec olub.
Polis hadisə yerində araşdırmaya başlayıb.