Türkiyə qaz yataqları kəşfiyyat işlərini başlayacaq

Baxış sayı:
3995

Ankara 2020-ci ildə Kipr şelfinə yaxın Şərqi Aralıq dənizində karbohidrogen resurları sahəsində beş quyu açmağı planlaşdırır.
Muxalifet.az
bildirir ki, bu barədə çərşənbə günü kipr - türk teleradio yayım korporasiyası olan Bayrak kanalı, Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyinin Türkiyə Böyük Millət Məclisində (TBMM) səsləndirdiyi məlumatlara istinadən bildirib.
Vurğulandığı kimi, Türkiyə Şimali Kipr Türk Respublikası (KKTC) tərəfindən verilən lisenziyalar əsasında gələn il bu sahədə qazma işlərini davam etdirəcək. Nazirlikdən verilən məlumata görə, Fatih və Yavuz qazma gəmiləri, Şərqi Aralıq dənizində neft və qaz tapmaq məqsədi ilə tədqiqat işlərini davam etdirir, 22 Noyabrda bu sahənin dördüncü hissəsində qazma işlərinə başladılar.
Teleradiokompaniyanın bildirdiyinə görə, 2023-cü ilə qədər Türkiyə, Aralıq dənizində karbohidrogen resurlarının kəşfi ilə əlaqədar 26 quyu qazmağı planlaşdırır. Türk qazma gəmiləri Kiprdə Türk Hərbi Dəniz Qüvvələri gəmiləri tərəfindən müşayiət olunur.
Muxalifet.az