​Türkiyə ordusunda çevrilişə GİZLİ HAZIRLIQ: İranla eyni gündə...

Baxış sayı:
1217

Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət çevrilişi cəhdi de-şifrə edilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.
Qəzetin məlumatına görə, həbs olunan bir çox FƏTÖ üzvü hər şeyi etiraf edəndən sonra sərbəst buraxılır, Türkiyə Silahlı Qüvvələri (TSK) isə ehtiyacı nəzərə alaraq, peşman olan hərbiçiləri yenidən qəbul edir.
FETÖ bu prosesdən istifadə edərək, həbs olunanların etiraf edərək vəzifələrinə qayıtması planını işə salıb. Beləliklə, TSK-da yenidən təşkilatlanma başlanıb. Son dövrlər etirafçıların sayının artması xüsusi diqqət çəkir.
Etiraf edənlərin əslində tələ olduğundan şübhələnən TSK FETÖ ilə bağlantısı olan hər kəsin vəzifəsini dondurub. Bu addıma qarşı etiraz edənlər də olub. Xüsusilə Hərbi Hava Qüvvələrində ciddi narazılıq yaranıb.
“Yeni Şəfəq”in əldə etdiyi məlumata görə, FETÖ etiraf edərək, etibar qazanan və vəzifələrinə bərpa edilən hərbiçilərin əli ilə yeni çevriliş hazırlayıb.
“FETÖ-nün ikinci çevriliş planı 2017-ci ilin son günlərində İranda baş verən etiraz aksiyaları ilə eyni vaxtda başlanacaqdı. Lakin bu plan de-şifrə edilərək, qarşısı alınıb. Türkiyədə məqsədlərinə çata bilməyən güclər İranda əhalinin küçələrə çıxması ilə hədəflərinə müəyyən qədər çatdı. Lakin Türkiyənin verdiyi dəstək və xarici müdaxiləyə qarşı ortaya qoyulan mövqe İranla bağlı planı da sıradan çıxardı”, - deyə qəzet yazıb.