Türkiyə ordusu daha bir ərazini terrorçulardan təmizlədi

Baxış sayı:
1739

Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.