​Türkiyə Finlandiyaya yeni sorğu göndərdi

Baxış sayı:
4191

Türkiyə Cümhuriyyəti Finlandiyadan rədd etdiyi 6 ekstradisiya sorğusuna yenidən baxılmasını istəyib.
Bu barədə “Yle” portalı məlumat yayıb.
Bundan əlavə, avqust ayında Türkiyə Finlandiyaya daha bir ekstradisiya sorğusu göndərmişdi. Ədliyyə Nazirliyindən verilən məlumata görə, hazırda bütün ekstradisiya sorğularına baxılır və buna görə də idarə onlara münasibət bildirmir.
Finlandiya və İsveçin NATO-ya üzv olmaqla bağlı müraciətlərindən sonra Türkiyənin şübhəli cinayətlərin ekstradisiyası ilə bağlı tələbləri daha fəal müzakirə olunub. Türkiyə bu ölkələrin alyansa qoşulmaq niyyətinə açıq şəkildə qarşı çıxıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Finlandiya və İsveç terrorçulara sığınacaq verib.