​Türkiyə böyük təhlükə qarşısında: 2 MİN TERRORÇU...

PKK terror qruplaşmasının Suriya qanadı hesab olunan YPG və PYD Türkiyənin əməliyyat keçirmək istədiyi Afrin bölgəsində döyüş hazırlıqlarına başlayıb.
Muxalifət.az xəbər verir ki, son günlərdə Afrin istiqamətində gedən maşın karvanları terrorçuları silah, ləvazimat və əlavə döyüşçü ilə təmin edib.
Məlumata görə, son bir həftə ərzində Afrinə 2 mindən çox terrorçu göndərilib. Terrorçulara göndərilən silahlar arasında raketlərin və bir sıra avtomobillərin üzərinə quraşdırılmış hava hücumundan müdafiə silahlarının olması diqqəti çəkib.
PKK tərəfindən yaradılan qondarma İdlib Hərbi Məclisinin sədri təyin olunan Əhməd Sultan hazırlıqların bəlkə də aylarla sürəcəyini və Türkiyəyə qarşı bir mübarizə üçün aparıldığını açıqlayıb.
Qeyd edək ki, PKK-nın nəzarətində olan ərazilərdən 18-36 yaş arası gənclərin zorla səfərbərliyə çağırıldığı və 3 həftəlik təlimlərdən sonra Türkiyəyə qarşı döyüşmək üçün Afrinə göndərildiyi bildirilir./axar/