"Türkiyə Azərbaycanın tərəfində olub və olacaq” - HULUSİ AKAR

Baxış sayı:
2235

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə təxribatçı hərəkətlərini kəskin şəkildə pisləyib.

Muxalifet.az-ın məlumatına görə, Hulusi Akar "Anadolu”agentliyinə verdiyi müsahibədə Azərbaycanla bağlı problemlərdə Türkiyənin tərəfinin bəlli olduğunu bildirib.

"Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Azərbaycan türkləri bizim qardaşlarımızdır. Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın. Biz təbii ki, burada tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik. Azərbaycana qarşı yönəlmiş hər hansı fəaliyyətə Türkiyə seyirçi qala, bunu hansısa "bazarlıq" predmetinə çevirə bilməz. Türkiyə Azərbaycanın tərəfində olub və olacaq”, - deyə Akar vurğulayıb.

Türkiyənin Milli Müdafiə naziri dünya aparıcı dövlətlərinin də Ermənistanı təzavüzkar siyasətinə qarşı durmalı olduğunu bildirib:"Heç bir səbəb olmadan  Ermənistanın Tovuz istiqamətində Azərbaycan torpaqların təcavüz cəhdi əlbəttə, pislənilməlidir.  Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün işlərə girişir. Buna son verilməlidir." 

Müdafiə qurumunun rəhbəri bildirib ki, Ermənistan tərəfi təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da absurd və əsassız bhücumlarla çıxış edir.
"Tarixi hadisələr arxiv materiallarında aydın şəkildə əks olunur. Qərəzlilik heç bir nəticə verməyəcək”, - deyə o vurğulayıb.

O, Ankaranın Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasında iştirak etdiyini, bundan sonra da əməkdaşlığın davan etdiriləcəyini qeyd edib.