​Tsulukiani Saakaşvilini Ukraynaya keçirməyə ehtiyac görmür

Baxış sayı:
3762

Gürcüstanın mədəniyyət naziri Teya Tsulukiani deyir ki, eks-prezident Mixail Saakaşvilinin ifadə vermək üçün Ukraynaya köçürülməsi hüquqi və nəzəri cəhətdən mümkündür.
Muxalifet.az xəbər verir ki, o, bu barədə oktyabrın 6-da “İmedi”nin efirində bildirib.
Nazir əlavə edib ki, Saakaşvilinin köçürülməsi ilə bağlı qərarı müvafiq idarə verməlidir, baxmayaraq ki, o, özü buna ehtiyac görmür: “Çünki Saakaşvili həbsxanada lazımi səviyyədə müalicə alır. Xəstənin öz sağlamlıq vəziyyətini qiymətləndirməsinin nə dərəcədə düzgün olması da şübhəlidir, təbii ki, bunu həkim deməlidir. Həkimin gəlib qiymət verməsi üçün onun lisenziyası olmalıdır. Qiymətini verənlər, onun da həkimləri kifayət qədərdir, deyirlər ki, vəziyyət tam həkim nəzarətindədir. Onun daşınması başqa məsələdir. Digər sual ondan ibarətdir ki, Gürcüstan hökuməti onun dindirilmək üçün Ukraynaya aparılmalı olduğuna inanırmı, buna (suala) səlahiyyətli orqan cavab verməlidir”.
Hakim komandanın digər nümayəndəsi Arçil Talakvadze bir müddət əvvəl bildirib ki, əgər kimsə Saakaşvilini dindirmək istəyirsə, bunu Tbilisidə də etmək olar.
Mixail Saakaşvilinin vəkili Şota Tutberidze “Netgazeti”yə bildirib ki, Ukrayna məhkəməsi Saakaşvilini Gürcüstandan Ukraynaya köçürməyə qərar verib və o, zərərçəkmiş şəxs qismində dindirilməlidir. Vəkilin sözlərinə görə, Ukrayna Ədliyyə Nazirliyi bu qərarı Gürcüstana göndərəcək, bundan sonra Saakaşvilinin şahid qismində təhvil verilib-verilməməsi gürcü tərəfinin səlahiyyətində olacaq.