Trampın Rusiya qərarının ilk qurbanı onlar olacaq
16-01-2018 16:12
Baxış sayı:
633
ABŞ sanksiyalarının Rusiya Federasiyasının dövlət borcuna təsir edəcəyi təqdirdə ilk qurbanlar xarici investorlar olacaq.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov deyib. O, xarici investorların Rusiya istiqrazlarına sərmayə qoyaraq yüksək gəlir əldə etdiklərini xatırladıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqust ayında Rusiya iqtisadiyyatına qarşı bir sıra sektoral sanksiyaların genişləndirilməsi haqqında qanun imzalamışdı.