Trampın qorxduğu başına gəlir... - XÜSUSİ PROKUROR ONU DA DİNDİRƏCƏK

Baxış sayı:
2959

Ədliyyə nazirindən Rusiya araşdırmasını bir an əvvəl bitirməsini istəyən ABŞ prezidentinə xüsusi prokuror Müller konkret addımla cavab verib. Xüsusi prokuror Müller prezident Trampı üzbəüz dindirmək istədiyini açıqlayıb. ABŞ-ı silkələyən bu açıqlamanı “CNN International” son dəqiqə məlumatı olaraq yayımlayıb.
 
Qeyd edək ki, ABŞ liderinin vəkilləri, daha əvvəl prezident Trampın istintaq suallarına yazılı cavab verəcəyini bəyan etmişdi. Vəkillər, həmçinin istintaqın yalnız seçki dövrünü əhatə etməsini istəyir.
Maraqlıdır ki, ABŞ-ı silkələyən bu açıqlama, Trampın ədliyyə naziri Cef Sessionsdan Rusiya araşdırmasını dərhal bitirməsini istəməsindən az sonra baş verib.
Xatırladaq ki, ədliyyə naziri Sessions Trampın təzyiqindən yayınmaq üçün ötən il xüsusi prokuror Müller-in istintaqından adını çıxarmışdı. Nazir öz yerinə müavini Rod Rosensteini qoymaqla ağrılı prosesdən uzaq durmağa çalışır.

Müxalifət.az