TRAMPIN QLOBALİSTLƏRƏ QARŞI SAVAŞI – ABŞ prezidentinin bu mübarizəsindən milli dövlətlər faydalana biləcək…

Baxış sayı:
1552

Dövlətüstü beynəlxalq qurumları boykot olunarsa, tezliklə ənənəvi dünya düzəni bərpa olunacaq 

Koronavirus epidemiyası ilə bağlı dünyada tətbiq olunan hüquq və azadlıqların indiyə qədər görülməmiş həddə məhdudlaşdırılması və xüsusi təşkil olunmuş isteriya şəraitində, insanlığın vahid elektron konslagerə sıxışdırılması bu epidemiyanın hansı səbəbdən meydana atıldığını ortaya çıxarır.

Xatırladaq ki, insanlıq üzərində hakimiyyəti “öz əlinə keçirmək” üçün hazırlanan dövlətlərüstü beynəlxalq bürokratik sistem artıq işə düşmək üzrədir. Bu, hər şeydən əvvəl Birləşmiş Millətlər Təşkilatı və onun tərkibində proqramlar, fondlar və ixtisaslaşmış qurumlar formasında 30-dan çox daxili təşkilatı birləşdirən sistemdir. Onların öz üzv tərkibi, rəhbərlik və büdcələri var. İxtisaslaşmış qurumlar həm məcburi, həm də könüllü pul köçürmələri hesabına maliyyələşən beynəlxalq təşkilatlardır.

BMT nizamnaməsinə görə, onun tərkibindəki istənilən qurum öz səlahiyyətlərinin yerinə yetirilməsi üçün müxtəlif köməkçi qurumlar təsis edə bilər. Onlardan ən məşhurları bunlardır: Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT Uşaq Fondu (YUNİSEF), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), Birləşmiş Millətlərin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), YUNESKO, BMT Beynəlxalq Məhkəməsi və s.

Beynəlxalq təşkilatlatın diktaturası məhz bu il görülməmiş həddə çatdı. Çox az adam fikirləşərdi ki, ÜST kimi bir təşkilat dünya ölkələrini özünə tabe edə, onların nəinki səhiyyə sistemini, həmçinin də siyasi sistemini nəzarəti altına ala bilər.

Rusiyada, xüsusilə Moskvada sürətləndirilmiş şəkildə paytaxt sakinlərinin rəqəmsal buraxılış icazəsi olmadan hərəkətinə qadağa qoyan, elektron-polis əsir düşərgəsi qurulması işi gedir. Digər ölkələrdə, o cümlədən Azərbaycanda da polis-karantin rejimi tətbiq olundu. Yeri gəlmişkən, polis bunu pozanlara cərimə yazır. Əgər kimsə bu polis-karantin tədbirlərinin bir neçə həftə çəkəcəyini deyirdisə və polisə qarşı laqeyd mövqe tuturdusa, artıq o da təslim olacaq və heç kim inanamasa belə, şəhərlərdə öz hakimiyyətini qurmağa başlayan bu sistemin önündə diz çökəcək.

Qəribədir ki, dünya bütün insanlığın total şəkildə peyvənd olunmasına hazırlaşan elektron düşərgə hökumətindən, sol təşkilatlara qarşı qarət və tam miqyasda “qara meydan”lara -üsyanlara keçdi.

Doğrudur, bu xaos daha çox ABŞ-da özünü biruzə verdi. Çünki, bu xaos qlobalist mafiyanın Trampın onalara tabe olmamasına, ÜST-nin maliyyəsini kəsməsinə cavab idi. İlk baxışda, qlobalistlərin alovlandırdığı meydanlar, qarışıqlıq və qarətlər, həmçinin polisə itaətsizlik elə həmin polisin yaratdığı karantin rejimi və elektron düşərgə ilə kəsişir. Amma bunda heç bir ziddiyyət yoxdur. Milli dövlətlər bu tendensiya ilə nəinki zəifləyir, həm də beynəlxalq bürokratiyadan tabe vəziyyətinə düşür.

Milli maraqları nəzərə almağa və qlobalistlərin təzyiqlərinə davam gətirməyə çalışan milli dövlətlər, tədricən dəyişəcək və “aşınacaq”. Hakimiyyət başında isə qlobalistlərin əmrlərini yerinə yetirməyə razılaşanlar qalacaq.

Qarət dalğasından sonra, sərt polis konslageri daha da sərtləşəcək. Belə ki, onlar bu işi yalnız epidemiya ilə mübarizə aparmaq bəhanəsi ilə yox, həm də ictimai asayişin qorunması bəhanəsi ilə apara biləcəklər. Şəhər küçələrini iğtişaşçı və qarətçılər ələ keçirdiyi zaman baş verən dəhşətləri xatırlayan “zərərçəkənlər” polis rejiminin gücləndirilməsini, həmçinin total nəzarəti daha asan qəbul edəcəklər və əgər, “qara üsyan”ın (ABŞ-da qaradərilinin qətli ilə başlayan üsyanlar) nəticəsi qlobal diktaturanın qurulması olacaqsa, “yeni dünya düzəni”ndə polis özbaşınalığına reaksiya verilməyəcək. Buna nümunə kimi Ukraynanı misal göstərmək olar – 2014-cü il “Maydan hərəkatı”ndan sonra polis həddi görülməmiş səlahiyyətlər əldə etdi, bu gün isə Ukraynanın DİN naziri Arsen Avakov “tam bir diktator” həddinə çatıb. Avakovu hətta Ukrayna prezidenti Zelenski də “yerindən tərpərə bilmir”. Bu fakt bir daha sübut edir ki, Ukraynanın “baş polisi” birbaşa qlobalistlərə tabedir.

Amma Ukrayna polisindəki özbaşınalığı ABŞ polisi xəyalına belə gətirə bilməz. ABŞ-ın Minnesota ştatındakı qətllə oxşar şəkildə paytaxt Kiyevin Kaqarlık rayonunda “Avakov polisi” gənc qadını zorlayaraq, əleyhqazda boğaraq bir neçə saat ərzində təcavüz edib, lakin qadın möcüzə şəkildə sağ qalıb. Baş verənlərə baxmayaraq, qlobalistlərdən “qınama” işarəsi gəlmədi və nəticədə Avakovun əleyhinə heç bir “maydan” təşkil olunmadı. Baxmayaraq ki, 2014-cü il Ukrayna “Maydan hərakatı”na qədər, 2013-cü ilin yayında Nikolayevsk rayonunun Vradievka məntəqəsində oxşar hadisə yaşandığı zaman Kiyevdə DİN rəhbərliyinin istefa verməsi tələbi ilə etiraz aksiyası keçirildi.

Karantin dövründə polis özbaşınalığı ilə polisin qarətçilərə qarşı “gücsüzlüyü” arasında heç bir ziddiyyət yoxdur. Əslində tamam başqa şey planlanır. Bundan da əlavə, qlobal əsir düşərgəsinin qurulmasında maneələr bu prosesin təsəbbüşkarlarını dünyanın aparıcı ölkələrində plana talan, hərc-mərclik, anarxiya, hakimiyyətin zorla dəyişdirilməsi tamaşalarını daxil etməyə məcbur etdi. Çünki polisə fövqəladə, belə desək, elektron əsir düşərgəsinin qurulmasında məhdudiyyətsiz səlahiyyətlər verilməsi üçün buna haqq qazandırmaq lazımdır.

Hər şey amerikalı polis elitasında paraçalanmadan başladı. Prezident Trampın başçılıq etdiyi Respublikaçılar hakimiyyəti yeni dünya düzənində “öz əhəmiyyətsiz rolu” ilə barışmadı və ÜST-nin qərarlarını açıqca sorğulamağa başladı. Sonra isə bu təşkilatın maliyyəsini dayandırdı. Nəticədə ÜST və qlobalistlərin insanlığın qlobal əsir düşərgəsinə sıxışdırılması və qapadılması planı yavaşlamağa başladı, həm də bunu aparıcı fövqəldövlətin rəhbəri etdi.

Mahiyyətcə, Tramp ÜST-yə maliyyəni dayandırmaqla artıq təşkilata müharibə elan etmişdi. Həm ÜST, həm onun arxasında duran qlobalistlər digər Qərb ölkələrinə də sıçrayan “qara üsyanı”ı təşkil edərək, Trampa müharibə açdılar. Üsyanları qızışdıraraq, qlobalistlər Trampla məsələni “dinc yolla” həll etmək imkanı qoymadılar. Buna görə də bütün dünyada məhdudiyyətlərin ləğv olunması ilə koronavirusun “ikinci dalğası”nın gələcəyi qorxusu yayılır. Amma hələ ki, Tramp administrasiyası ÜST ilə oyun oynamaq niyyətində deyil. Yaxın vaxtlarda rəsmi elan olundu ki, Ağ Ev koronavirusun ikinci dalğasını gözləmir. Bu barədə Trampın iqtisadi məsələlər üzrə məsləhətçisi Larri Kudlou bəyan etdi. “Ekspertlər yeni dalğanı gözləmirlər. İcazənizlə bir daha deyim: heç bir ikinci dalğa olmayacaq”, – Kudlou dedi. Onun sözlərinə görə, “Covid-19 -un yayılma qığılcımları oldu, amma onlar hamısı “nəzarətdə idi”.

Bununla belə, Tramp nəinki ÜST-nin, həmçinin digər beynəlxalq strukturların da səlahiyyətlərini məhdudlaşdırmaq fikrindədir. Onların arasında ilk zərbəni “yeni dünya düzəni”ndə rolu çox olan beynəlxalq məhkəmə instansiyaları ala bilər.

Nəticədə Tramp ÜST-yə zərbə vuraraq, qlobalistlərin “qara üsyan” cavabından sonra növbəti beynəlxalq qurum -Beyləlxalq Cinayət Məhkəməsini ləğv etməyə başladı. Məhkəmə prokurorlarına viza məhdudiyyətləri tətbiq edilməsini nəzərdə tutan sanksiyalar qəbul olundu, gələcəkdə isə genişlənə bilər.

Trampın məntiqi aydındır: beynəlxalq qurumlar beynəlxalq bürokratiyanın maraqlarını təmsil edir. Buna görə də, Tramp ABŞ-ın bu qurumlarda fəaliyyətini “dayandırır”. ÜST-nin “epidemik terrorunda” BMT-nin Beynəlxalq məhkəməsi ölkələri ÜST-nin göstərişlərini yerinə yetirməyə məcbur edə bilər, Beynəlxalq Cinayət Məhkəməsi isə ÜST-nin göstərişlərini yerinə yetirməyən, “humanitar fəlakətə və genosidə səbəb olan” siyasi liderləri təqib edə, siyasi məsuliyyətə cəlb edə bilər.

Eyni zamanda beynəlxalq strukturlar və Tramp arasında mübarizədə Rusiyanın daxilindəki qlobalistlərə itaət edən “beşinci kolon” birtərəfli olaraq qlobalistlərin tərəfini tutur. Təsadüfi deyildi ki, ABŞ Rusiya XİN-ni Beynəlxalq Cinayət Məhkəməsinin işinə təsir etmək cəhdində günahlandırdı.

“Rusiyanın qismində xarici güclər öz maraqlarını güdərək, Beynəlxalq Cinayət Məhkəməsini manipulyasiya edir”, – deyə amerikalı baş prokuror Uilyam Barr bildirdi.

Prinsipcə, Rusiya XİN-in çoxdan beynəlxalq qlobalist strukturların əlaltısına çevrilməsi Sergey Lavrovun ÜST-nin tərəfini saxlamaq cəhdlərindən sonra açıq-aydın göründü. Bu qurumun Rusiya nümayəndəsi isə Sergey Lavrovun həmyerlisi Kirill Qevorqyandır. Belə çıxır ki, bu “etnik icma”nın nümayəndələri vasitəsilə qlobal bürokratiya Rusiya siyasətinə göründüyündən daha çox təsir edir.

Aydındır ki, ABŞ, Çin, AB və digər ölkələrdə karantin həngaməsindən və “iqtisadiyyatın çöküşü”ndən sadə insanlar zərər çəkdi. O cümlədən də, mill hökumətlərin pensiya, pul vəsaitləri ödədiyi şəxslər. Hazırkı və gələcəkdə baş verəcək xaos iqtisadiyyata və milli dövlətlərin öz vətəndaşı qarşısında borcunu yerinə yetirməsinə zərbə endirəcək.

Çünki əhalinin tələbləri son nəticədə qlobal qurumlara deyil, milli dövlətlərə yönəlir. Bu fakt hakimiyyət dəyişikliyini və hakimiyyətin milli dövlət tərəfdarlarından qlobalistlərin tərəfdarlarının əlinə keçməsini asanlaşdıracaq.

Fərqi yoxdur bu hansı dövlət olacaq – ABŞ, Rusiya, Almaniya və ya Azərbaycan. Bütün dövlətlər qlobalistlərin koronavirus sayəsində yaratdığı isteriyadan zərbə aldılar. Beynəlxalq strukturların rolu isə, əgər onlarla mübarizə aparılmasa -Tramp apardığı kimi – güclənəcək. Çünki nə ÜST, nə digər BMT strukturları nə iş yeri yaratmaq, nə vəsait ödəmək, işlə təmin etmək, həkimlərə əməkhaqqı vermək, xəstəxanaları və ictimai obyektləri təmin etməyə cavabdehlik daşımır. Bunlar hamısı milli dövlətlərin işidir. Dünyadakı milli dövlətlərin taleyi isə Trampın qlobalistlərə qarşı apardığı mübarizənin uğurundan asılıdır.

Düşünün, ABŞ-dakı etiraz aksiyalarında polis diz üstə çökəndə, mağazalar qarət olunanda və milyonlarla insan işini itirəndə ÜST-nin ünvanına nə isə deyildimi?

Tramp bunların hamsını başa düşür, buna görə də beynəlxlaq strukturların müdaxiləsinin “qarşısını almağa” başlayıb. Bu, öz növbəsində qlobalistləri Trampa sərt cavablar verməyə məcbur edir. Əgər Tramp yenidən 4 illiyə prezident seçilsə, qlobalistlərin maşası olan strukturları zəiflətmək, dünya maliyyə təşkilatlarında, ən çox da Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda qayda-qanunun təmin olunmasına çalışacaq.

Hazırda ənənəvi və mühafizəkar qüvvələrin işi çox çətindir. Ölkələrdə baş verən istənilən böhran beynəlxalq bürokratiyanı, dövlətlərüstü qurumları gücləndirir və transmilli kapitaldan asılı ölkələrdə milli qüvvələri zəiflədir. Əgər Tramp ABŞ daxilində qlobalistləri zəiflədə bilsə, ABŞ başda olmaqla digər milli dövlətlər bu xaos dövründən salamat çıxa biləcəklər və qlobalist mafiya istədiyini ala bilməyəcək, ona köləlik edən “beşinci kolon” üzvləri təmizlənəcək. Sağlam düşüncəli ziyalı təbəqə isə “Biz insanıq, rəqəm deyilik”, – deyə səslərini ucaltmalıdırlar.

Ülviyyə ŞÜKÜROVA