​Trampı “sülhün dağıdıcısı” adlandırdılar

ABŞ lideri Donald Tramp Asiya turu zamanı Koreya yarımadasında nüvə müharibəsinə başlamağı xahiş edib.
Muxalifet.az-ın məlumatına görə, bu barədə The Independent Şimali Koreya KİV-lərinə istinadən xəbər verir.
“Tramp Asiyaya turu zamanı beynəlxalq sülhün və stabilliyin dağıdıcısı olduğunu göstərməklə, özünün iç üzünü nümayiş etdirdi. O, Koreya yarımadasında nüvə müharibəsinə başlamağı xahiş edirdi”, - Şimali Koreya XİN-nin rəsmi nümayəndəsi bildirib.
O, əlavə edib ki, heç nə Phenyanı nüvə proqramını dayandırmağa məcbur edə bilməz.