Trampdan Kim Jong-a tərif dolu sözlər

Baxış sayı:
2566

Şimali Koreyanın 70 illik yubileyi, paytaxt Pyongyangda keçirilən hərbi parad mərasimi ilə qeyd olunub. Keçid mərasimində ötən illərdən fərqli olaraq, Şimali Koreya ilə ABŞ arasında böhrana səbəb olan nüvə raketləri nümayiş olunmayıb.
 
ABŞ ilə Koreya Yarımadasını nüvə silahlardan təmizləmək üçün görüşlərini davam etdirən Şimali Koreyanın nüvəsiz bir parad keçirməsi ABŞ prezidenti Trampın da gündəmindədir.
Twitter üzərindən bir sıra paylaşma edən Tramp, "Şimali Koreya, 70 illik yubileyini qeyd edən parad mərasimini, nüvə raketləri nümayiş etdirmədən  keçirdi. Mövzu, sülh və iqtisadi inkişafdır" deyə, qeyd edib.
Mövzu ilə bağlı “Fox News”-da yer alan, "Ekspertlər, Şimali Koreyanın Trampa verdiyi nüvədən təmizlənmə sözünə sadiqliyini göstərmək üçün nüvə raketlərini nümayiş etdirmədiyinə inanır" analizini sitat gətirən ABŞ prezidenti, Şimali Koreya liderinə təşəkkür edib.
 
HAMININ YANILDIĞINI SÜBUT EDƏCƏYİK
 
Tramp, "Bu, Şimali Koreyadan gələn çox böyük və müsbət bir xəbərdir. Kim Yong-a təşəkkürlər. İkimiz, hamının yanıldığını sübut edəcəyik. Bir-birini sevən iki insanın gözəl dialoqu kimi yox. Mən vəzifəyə gəlməzdən əvvəlki vəziyyətdən daha yaxşı" deyib.
Müxalifət.az