Trampdan İran sanksiyaları ilə bağlı açıqlama

Baxış sayı:
4966

ABŞ prezidenti Donald Tramp, İranın neft ticarətinə qarşı sanksiyaları tədricən həyata keçirəcəklərini və dünyada neft qiymətlərinin yüksəlməsini istəmədiyini deyib.
 
 Ağ Evdə İran sanksiyalarına dair açıqlama verən Tramp, sanksiyaların bütünü ilə İranın neft ixracı məsələsini bir-birindən ayrı istifadə etdiyinə işarə edib.
 
YAVAŞ HƏRƏKƏT ETMƏK İSTƏYİRİK
 
İrana qarşı çox güclü və sərt bir mövqedə olduqlarını bildirən Tramp, “(İrana qarşı) Bu Günə qədərki ən güclü sanksiyaları tətbiq etmişik, ancaq neft məsələsində bir az yavaş hərəkət etmək istəyirik, dünyada neft qiymətlərinin yüksəlməsini istəmirik” deyib.
 
DƏRHAL SIFIRA ENDİRƏ BİLƏRİK, AMMA O ZAMAN BAZARLARDA ŞOKA SƏBƏB OLUR
 
Neft qiymətləri məsələsində ABŞ-ın təmkinli mövqe tutacağı siqnalını verən Tramp, “Bunun İran ilə bir əlaqəsi yoxdur, İranın neftini (ixracatını) dərhal sıfıra endirə bilərik, ancaq o zaman bazarlarda bir şoka səbəb olur. Neft qiymətlərinin qalxmasını istəmirəm" deyə söyləyib.
Müxalifət.az