Tramp yenə də güldürdü! “Bizə hörmət edirlər”

Baxış sayı:
2524

Qərbi Virciniyadakı bir nümayişdə çıxış edən Tramp, "Az əvvəl BMT Baş Assambleyasından qayıtdım və inanın ki, dünya liderləri yenidən bizə hörmət edirlər" deyib.
 
Qeyd edək ki, Tramp, BMT Baş Assambleyasındakı çıxışına, Ağ Evə gəldikdən sonra ölkəsindəki vəziyyətin necə müsbətə doğru dəyişdiyi ilə başlamışdı və bu açıqlama da zaldakı dünya liderlərinin gülüşünə səbəb olmuşdu.
ABŞ liderinin, "Rəhbərlik etdiyim iki ildən az bir müddətdə, ABŞ tarixindəki demək olar ki, bütün hökumətlərin bu müddət ərzində etdiyindən daha çox şey edilib” sözləri onu gülüş obyektinə çevirsə də, bu vəziyyəti lehinə çevirmək istəyən ABŞ prezidenti bu dəfə "Onlar mənə deyil, mənimlə birlikdə gülürdülər" - deyərək, vəziyyətdən çıxmaq istəyib.
Müxalifət.az